Hadisə

Bakıda avtobus və minik avtomobilləri toqquşub, ölən və yaralanan var

27 Aprel 2015 11:45
2 Şərh     Baxış: 4 113
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda zəncirvarı qəza baş verib

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə aprelin 26-da saat 11 radələrində Sabunçu qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakinləri - 1956-cı il təvəllüdlü Yaşar Mehdi oğlu Məmmədovun idarə etdiyi "İnfinity" markalı, 1982-ci il təvəllüdlü Habil Əli oğlu Bayramovun idarə etdiyi 148 saylı xətt üzrə hərəkət edən "İsuzu" markalı avtobus və 1994-cü il təvəllüdlü İsfəndiyar Mikayıl oğlu Abdullayevin idarə etdiyi "VAZ-2107" markalı avtomobillər toqquşub.

Nəticədə İ.Abdullayev və sərnişini - atası, 1963-cü il təvəllüdlü Mikayıl Əziz oğlu xəstəxanaya daxil olub, İ.Abdullayev xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.