Hadisə

Abşeronda yolu keçən nənə və nəvəni maşın vurdu

27 Aprel 2015 09:46
0 Şərh     Baxış: 1 445
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəstəxanaya çatdırılan yaralılardan 9 yaşlı nəvənin vəziyyəti ağırdır

Yolu keçmək istəyən nənə və nəvəni maşın vurub.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, Xırdalan şəhəri Heydər Əliyev prospektində qeydə alınan hadisə 53 yaşlı Bikə Mehdiyeva və onun 9 yaşlı nəvəsi Orxan üçün ağır olub.

Məlumata görə, yolu keçmək istəyən Mehdiyevləri 24 yaşlı Maqsudov Qurban Nəbi oğlunun idarə etdiyi "VAZ 2108" markalı minik maşını vurub. Sürücünün diqqətindən yayınan nənə və nəvə düz yolun ortasında "Jiquli"nin zərbəsinə tuş gəliblər.

Xəsarət alan Bikə və Orxan Mehdiyevlər dərhal 1 saylı şəhər xəstəxanasına aparılıblar. Xəsəxanada hər iki piyadaya kəllə-beyin travması və bədənin müxtəlif nahiyələrində əzik diaqnozu qoyulub. Nənə Bikə Mehdiyeva palata şəraitində müalicəsini davam etdirsə də, 9 yaşlı Orxan reanimasiya şöbəsinə yerləşdirilib.

Abşeron Rayon Polis İdarəsinin müstəntiqi Eldəniz Əsgərovun verdiyi məlumata görə, məlum yol nəqliyyat hadisəsi ilə bağlı araşdırmalar aparılır. Qəzanı törədən sürücünün izahatı da alınıb. Hadisənin tam dəqiq səbəblərini müəyyən etmək üçün avtotexniki və tibbi ekspertizalar da təyin ediləcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.