Hadisə

17 yaşlı oğlan zəhərləndi

26 Aprel 2015 18:06
0 Şərh     Baxış: 836
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Zaqatalada 17 yaşlı oğlan göbələkdən zəhərlənib.
 
Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-ya verilən məlumata görə, rayonun Uzun Qazmalar kənd sakini, 1998-ci il təvəllüdlü Əhməd Yasin oğlu Bəkirov aprelin 26-da saat 11 radələrində zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.
 
Hakim müayinəsi zamanı məlum olub ki, 17 yaşlı Əhməd Bəkirov yaşadığı evdə ailə üzvləri ilə birlikdə göbələk yeyib.
 
Onda göbələkdən zəhərlənmə əlamətləri olduğu üçün xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra müalicəsini davam etdirmək üçün Bakıya - Respublika Toksikologiya Mərkəzinə göndərilib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.