Hadisə

Bakıda avtobus zəncirvari qəza törətdi

25 Aprel 2015 17:55
0 Şərh     Baxış: 1 357
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Paytaxtda martşrut avtobusu zəncirvari qəza törədib. Hadisə Hüseyn Cavid prospektində qeydə alınıb

Milli.Az-ın virtualaz.org-a istinadən məlumatına görə, 39 nömrəli marşrut avtobusu qəfildən yolun əks istiqamətinə çıxıb və qarşıdan gələn maşınla toqquşub.

Avtobusun arxasınca gələn başqa bir maşın da avtobusa çırpılıb.
 

Beləliklə, hadisə nəticəsində 90 RD 619 nömrəli "Mercedes", 90 AV 911 nömrəli "FİAT" və 90 VJ 511 nömrəli "Range Rover" toqquşublar.
 

Hələlik bir nəfərin xəsarət aldığı və onun təcili yardım maşını ilə xəstəxanaya aparıldığı bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.