Hadisə

DYP-nin yüksək vəzifəli əməkdaşı qəzaya düşdü

25 Aprel 2015 13:20
4 Şərh     Baxış: 4 890
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakı Şəhər Dövlət Yol Polisinin yol-patrul xidməti alayının komandiri Rəşadət Babayev xidməti avtomobili ilə qəzaya düşüb

Aznews.az xəbər verir ki, qəza zamanı 10 YP 400 nömrə nişanlı avtomobil yararsız hala düşüb və evakuatorla duracağa aparılıb.

Hadisəni Rəşadət Babayev təsdiq edib. O, qəza zamanı sükan arxasında özünün olduğunu söyləyib: "Bu olayla bağlı müstəntiqlər tərəfindən araşdırma gedir. Əlavə informasiyanı ərazi üzrə polis idarəsindən və bu işi aparan müstəntiqdən ala bilərsiniz. Hazırda iclasdayam, geniş danışa bilmirəm".

Alay komandiri hadisənin harada və necə baş verdiyi haqda informasiya verməyib.

Xatırladaq ki, Rəşadət Babayev bu vəzifəyə düz bir il öncə daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmriylə təyin edilib. Bu vaxtadək həmin vəzifədə polkovnik Nadir Piriyev çalışıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.