Hadisə

Toya gedən iki ailə qəzaya düşdü: 1 ölü, 4 yaralı

25 Aprel 2015 09:43
0 Şərh     Baxış: 3 634
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yüksək sürət yenə qəzaya səbəb olub. Ötən gün axşam saatlarında Bakıdan Ağsuya toya gələn iki minik avtomobili qəzaya uğrayıb. Qəza Bakı-Şamaxı-Yevlax yolunun 157 ci km-də Ağsu şəhər ərazisində qeydə alınıb.

Kanal S (Region TV) xəbər verir ki, hadisə zamanı Ağsu rayon sakini, 1974-ci il təvəllüdlü Məmmədov Elşadın idarə etdiyi minik maşını ilə, onun həmyerlisi Qurbanov Əfrailın idarə etdiyi minik maşını toqquşub. Toqquşma o qədər güclü olub ki, avtomobillərdən birinin mühərrik hissəsi yerindən çıxıb. Nəticədə hər iki avtomobil dəmir yığınına çevrilib. Qəzada bir nəfər, 1995-ci il təvəllüdlü Bakı sakini Sərfinaz Valehli dünyasını dəyişib. Hər iki avtomobildə sürcü və sərnişinlər olmaqla 4 nəfər xəsrət alıb. Xəsarət alanlar Məmmədova Sevda, Məmmədov Elşad, Valehli Valeh, Qurbanov Əfrail müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, qəza zamanı xəsarət alan sürücü Elşad Məmmədovun vəziyyəti ağır olduğundan o, müalicəsinin davamı üçün paytaxt xəstxanlarından birinə göndərilib.

İlkin ehtimallara görə, qəzaya səbəb ötmə əməliyyatının düzgün aparılmaması və yüksək sürət olub.
Faktla əlqədar Baş Dövlət Yol Polsi idarəsində araşdırma aparılır.
Qeyd edək ki, hər iki ailə Ağsuya toy mərasiminə gəlirmiş.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.