Hadisə

Bakıda polisi yandırdılar

18 Aprel 2015 21:19
1 Şərh     Baxış: 6 269
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda dəniz kənarında yanmış kişi meyiti tapılıb.

Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsindən verilən məlumata görə, bu barədə polisə məlumat daxil olan kimi hadisə yerinə polis və prokurorluq əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu çıxıb.

Milli.Az APA-ya istinadən bildirir ki, araşdırmalar zamanı yanmış meyiti tapılan şəxsin İmişli rayon Polis Şöbəsinin əməkdaşı polis serjantı, 1988-ci il təvəllüdlü Muxtar Kazımzadə olması müəyyən edilib. Hadisənin qətl olub-olmaması üzərində araşdırmalara başlanılıb. Polis əməkdaşının yandırılaraq qətlə yetirilməsi də istisna edilmir.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.