Hadisə

Şəkidə tibb bacısı özünü öldürdü

18 Aprel 2015 09:52
0 Şərh     Baxış: 1 725
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Şəkidə intihar olub.

Şəki Şəhər-Rayon Polis Şöbəsindən (ŞRPŞ) APA-ya verilən məlumata görə, Şəki rayonu Aşağı Göynük kənd sakini, 1961-ci il təvəllüdlü Mahirə Adışirin qızı Məmmədovanın meyitdi yaşadığı evin həyətyanı sahəsindəki talvardan asılmış vəziyyətdə yaxınları tərəfindən aşkar olunub.
 
54 yaşlı Mahirə Məmmədovanın iki övlad anası olduğu və kənd tibb məntəqəsində tibb bacısı işlədiyi bildirilir. Onun hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil.
 
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.