Hadisə

Bakıda dəhşətli qəzada ölən 3 nəfərin adı məlum oldu - YENİLƏNİB - FOTO

18 Aprel 2015 10:30
4 Şərh     Baxış: 12 678
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

10:30

Bakıda baş verən yol qəzasında ölən şəxslərin kimliyi müəyyənləşib.

Nizami Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, sürücüsü məlum olmayan "Lifan" markalı avtomobilin qəzaya uğraması nəticəsində avtomobildə olan Bakı şəhər sakinləri, 1954-cü il təvəllüdlü Akif Səlim oğlu Səlimov, 1990-cı il təvəllüdlü Zaur Sərvər oğlu Əmirov və onun əmisi oğlu, 1985-ci il təvəllüdlü Anar Sərdar oğlu Əmirov hadisə yerində ölüblər.
 
Qeyd edək ki, ötən gün Ziya Bünyadov prospektində "Lifan" markalı avtomobil işıq dirəyinə çırpılıb.

----------
00:16

Ağır yol qəzasında xəsarət alan sərnişinin adı məlum olub.

Milli.Az APA-ya istinadən bildirir ki, 1 saylı Şəhər Kliniki Xəstəxanasından verilən məlumata görə, Ziya Bünyadov prospektində baş vermiş yol-nəqliyyat hadisəsi nəricəsində Bülbülə qəsəbəsinin sakini, 1954-cü il təvəllüdlü Səlimov Akif Səlim oğlu təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Yaralının vəziyyəti ağır kimi qiymətləndirilir.

***  

Bakıda ağır yol qəzası baş verib, 3 nəfər ölüb, 1 nəfər ağır yaralanıb.

Hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.
 

Ziya Bünyadov prospekti ilə Qara Qarayev prospekti istiqamətində yüksək sürətlə hərəkətdə olan "Lifan" markalı minik maşını yolun kənarındakı işıq dirəyinə çırpılıb. Hadisə nəticəsində avtomobil iki hissəyə bölünüb. Avtomobildə olan üç nəfər hadisə yerində dünyasını dəyişib, bir nəfər isə ağır xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin




Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.