Hadisə

Arxdan mərmi qalıqları tapıldı - FOTO

17 Aprel 2015 18:30
0 Şərh     Baxış: 846
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Tovuzun Bozalqanlı kəndi ərazisindən keçən arxda su kəsildikdən sonra sakinlərin qarşısına müxtəlif növdə mərmi qalıqları çıxıb.

Kəpəz TV-yə (Region TV) verilən xəbərə görə, kəndlilər bildirirlər ki, ərazidən keçən arx öz başlanğıcını Ermənistandan başlayan çaylardan götürdüyündən bu mərmilərin onlar tərəfindən qəsdən axıdılması da mümükündür.

Kənddəki yaşayış evlərinin yaxınlığından keçən su arxından sahələrin suvarılmasında və məişətdə istifadə edildiyindən böyük təhlükə yaranacağı qaçılmazdır. Kəndlilər, həmçinin ərazidə azyaşlı uşaqların olmasını da nəzarə alıb adiyyəti qurumları məlumatlandırıblar.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.