Hadisə

Azərbaycanda test imtahanı faciəsi

17 Aprel 2015 17:13
2 Şərh     Baxış: 6 919
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Test imtahanları ilə bağlı valideynlərin övladlarına təzyiqləri bəzən dözülməz həddə çatır. Valideyn tənəsini eşitmək istəməyən yeniyetmələr intihara əl ataqdan da çəkinmirlər

Şirvan rayonunda ali məktəbə hazırlaşan abituriyent valideyn qınağına tuş gələcəyindən qorxaraq ötən gün özünə qsəd edib. Ailəsi ilə məcburi köçkün kimi Şirvana pənah gətirmiş 17 yaşlı İnşallah Əlili özünü Kürdə boğmaq istəyib. Milli.Az xəbər verir ki, yeniyetmə şəhər ərazisində körpüdən özünü Kür çayına atmağa cəhd göstərib. Onun cəhdinin qarşısı Şirvan Şəhər Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən alınıb.

Polis şöbəsinə gətirilən İ.Əlili ifadəsində özünü Kürdə boğmaq istəyinin səbəbini açıqlayıb. Deyib ki, sınaq imtahanlarında aşağı bal toplayıb. Düşünüb ki, sınaq imtahanında az bal toplayırsa, əsl testdə yaxşı bal toplaya bilməyəcək və ali məktəb ümidləri puç olacaq. Ona görə də özünü öldürmək itəyib. Hazırda İ.Əlilinin işi Şirvan Şəhər Prokurorluğunda araşdırılır.

Gülər
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.