Hadisə

Bakıda daha bir qadın avtobus qurbanı oldu

7 Aprel 2015 13:30
0 Şərh     Baxış: 1 498
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakıda sərnişin avtobusu daha bir qadının ömrünü yarımçıq kəsib. Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Nəsimi rayonunun Cavadxan küçəsində Abşeron rayon sakini Ədalət Nəbiyev idarə etdiyi "Daewoo" markalı 135 saylı xətt avtobusu ilə yolu keçən Bakı şəhər sakini Elmira Sultanovanı vurub. Xəstəxanaya yerləşdirilmiş E.Sultanova aprelin 6-da orada ölüb.

Qeyd edək ki, ötən gün də Bakıxanov qəsəbəsində 113 saylı avtobus bir qadını vuraraq öldürmüşdü.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.