Hadisə

Ölənlərin sayı 56-ya çatdı - YENİLƏNİB - VİDEO

2 Aprel 2015 17:01
5 Şərh     Baxış: 11 971
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

17:01
 

Aprelin 1-də gecə saatlarında Oxot dənizində "Uzaq Şərq" adlı böyük balıqçı gəmisinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 56-ya çatıb.

APA-nın verdiyi məlumata görə, bu barədə Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Uzaq Şərq regional nümayəndəliyindən bildirilib.

Qeyd olunub ki, dənizdən 56 nəfərin cəsədi çıxarılıb.

Xatırladaq ki, Oxot dənizində gəminin batması barədə məlumat Moskva vaxtı ilə saat 23.39-da daxil olub. Maqadan şəhərindən 300 km aralıda batan gəmidən SOS siqnalı gəlməyib. Gəminin 132 nəfərdən ibarət heyətinin 78-nin Rusiya, 54-nün isə başqa ölkələrin vətəndaşları olduğu bildirilir.

İlkin məlumata əsasən, gəmidə olanlardan 63 nəfəri xilas edilib.

Onlardan 7-nin vəziyyəti ağırdır. Gəminin heyəti arasında 7 nəfər azərbaycanlı da olub. Onlardan artıq 4 nəfər xilas olunub.


--------
15:13


Oxot dənizində "Uzaq Şərq" adlı böyük balıqçı gəmisinin batdığı yerdə aparılan xilasetmə işləri nəticəsində daha bir Azərbaycan vətəndaşı xilas edilib.

Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, xilas olunan şəxs Əliyev Yaşar Sərdan oğludur.


--------
14:29


Azərbaycanın Rusiyadakı səfirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aprelin 2-nə keçən gecə Oxot dənizində qəzaya uğramış "Dalni Vostok" gəmisinin heyəti arasında azərbaycanlılar da vardır.

Saxalin FHN-dən səfirliyə verilən məlumata görə, xilas edilənlərdən dörd nəfəri azərbaycanlıdır. Onlar Sadıqov İmadəddin Hidayət oğlu (1969-cü il təvəllüdlü), Talıbov Mailağa Ulduz oğlu (1964), Əliyev Yaşar Sərdan oğlu (1975) və Əliyev Elman Sərdan oğludur (1964). Səfərov Məhəmməd Səfər oğlu (1964), Məhərrəmov Muradəli Qurban oğlu (1987) və Şakirov Fazil Hilal oğlunun (1959) taleyi barədə hələlik məlumat yoxdur.

X X X 

Oxot dənizində Kamçatka sahillərində batan "Dalniy Vostok" gəmisi içərisində 80 ton balıq olan toru qaldıran zamanı əyilərək batmağa başlayıb. Gəminin batmasına, həmçinin dənizdəki təlatüm də səbəb olub. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Kamçatka baş idarəsinin nümayəndəsi məlumat verib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin traulerin qəzaya uğramasının bütün versiyaları üzərində işlədiklərini diqqətə çatdırıb.

Qeyd edək ki, "Dalnıy Vostok" balıqçı gəmisi Oxot dənizində Kamçatka diyarının Krutoqorovski qəsəbəsindən 250 kilometr cənubda qəzaya uğrayıb və cəmi 15 dəqiqə ərzində tamamilə batıb. Hadisə zamanı gəminin göyərtəsində 132 nəfər olub. İlkin məlumata görə, onların 7-i Rusiya, 42-i Myanma, 5-i Vanatu, 3-ü və 4 nəfəri isə Ukrayna vətəndaşıdır.

Rusiya Fövqəladə Hallar Nazirliyinin böhranlı vəziyyətlər zamanı milli idarə mərkəzinin rəisi Viktor Yatsutsenkonun məlumatına görə hadisə zamanı həlak olanların sayı 54 nəfərə çatıb, 63 nəfər xilas edilib. İtkin düşənlərin sayı isə 15 nəfərdir.

---------
12:10

Aprelin 1-də gecə saatlarında Oxot dənizində batan "Uzaq Şərq" adlı böyük balıqçı gəmisinin heyət üzvləri arasında azərbaycanlılar da olub.

APA-nın "lifenews"a istinadən verdiyi məlumata görə, soyadı azərbaycanlı soyadına çox bənzəyən heyət üzvləri aşağıdakılardır:
 
Abdullayev F. S. - matros
Səfərov M. S. - matros
Sadıqov İ. Q. - mexanik
Əliyev E. S. - usta
Talıbov M. U. -  mexanik
Rəhimov A. M. - baş usta
Əliyev Y. S. - matros
Həsənov C. İ. - usta.
 
Bu şəxslərin taleyi barədə hələlik məlumat verilməyib.
 
Xatırladaq ki, gəminin batması barədə məlumat aprelin 1-də Moskva vaxtı ilə saat 23.39-da alınıb. Maqadan şəhərindən 300 km aralıda batan gəminin 132 nəfərdən ibarət heyətinin 78-nin Rusiya, 54-nün isə başqa ölkələrin vətəndaşları olduğu bildirilir.  Onlardan 117-si sudan çıxarılıb. 54 nəfər ölüb, 15 balıqçının taleyi hələlik bəlli deyil. Xilas olunanların vəziyyəti ağırdır.

----------
11:19

Oxot dənizində qəzaya uğrayan "Dalni Vostok" traulerində 7 azərbaycanlı olub.

Bu barədə Trend-ə Rusiya FHN-in Maqadandakı yerli idarəsindən bildiriblər. Onların hamısı Rusiya vətəndaşlarıdır. Bu şəxslərin vəziyyəti barədə əlavə məlumat verilmir.

Gəmi batarkən göyərtədə olan 132 nəfərdən 117-si sudan çıxarılsa da, onların 54-ü həlak olub. 15 balıqçının taleyi isə hələlik naməlumdur.

---------
10:14

Rusiyanın "Dalni Vostok" trauleri Oxot dənizində Maqadandan 300 kilometr aralıda batıb, zərərçəkənlər arasında azərbaycanlılar da var.

Trend "RİA Novosti"yə istinadən xəbər verir ki, gəminin göyərtəsində 78 Rusiya vətəndaşı və 54 xarici vətəndaş olub. Gəmi batarkən göyərtədə olan 132 nəfərdən 117 nəfər sudan çıxarılsa da, onların 54-ü həlak olub. 15 balıqçının taleyi isə hələlik naməlumdur.

Rusiya Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi bildirib ki, xilas olanlar artıq Maqadana göndəriliblər.

----------
08:58

Oxot dənizində "Dalni Vostok" ("Uzaq Şərq") balıq ovlayan gəmisinin qəzaya uğraması nəticəsində 54 nəfər ölüb, 63 balıqçı xilas olunub, 15 nəfər isə itkin düşüb.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya FHN-in Kamçatka üzrə İdarəsinin nümayəndəsi bildirib. 
 
"Balıq ovlayan gəmilər tərəfindən 63 nəfər sudan sağ çıxarılıb. Hadisə yerində 26 gəmi var", - deyə mənbə bildirib. 
 
Qeyd edək ki, "Dalni Vostok" gəmisi aprelin 2-nə keçən gecə Oxot dənizi akvatoriyasında batıb. İlkin məlumata görə, gəminin göyərtəsində 132 nəfər - 78 rusiyalı və 54 əcnəbi olub. Dəqiqləşdirilmiş məlumata əsasən, əcnəbilərdən 42-si Birma, üçü Latviya, dördü Ukrayna və beşi Vanuatu vətəndaşı olub. 
 
Kamçatka Dənizdə Xilasetmə Mərkəzindən bildirilib ki, gəmi qəzaya uğrayan zaman ekipaj üzvlərinin hamısı xilasedici canlıq və termokostyumda olub. 
 
Məlumata görə, gəmi Maqadandan 300 km aralıda batıb. 

Milli.Az

---------
11:19

Videonu izləmək üçün şəklə klikləyin.

фото
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.