Hadisə

Şəkidə 25 yaşlı oğlanın müəmmalı ölümü

1 Aprel 2015 12:48
0 Şərh     Baxış: 1 371
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəkidə 25 yaşlı şəxs müəmmalı şəkildə ölüb

Şəki Şəhər-Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saatlarında Şəki şəhəri 1-ci rayon Haqverdiyev küçəsi, ev 3 ünvanında qeydə alınıb. 1990-cı il təvəllüdlü Mövlan Vaqif oğlu Vahabov evində ölmüş vəziyyətdə aşkarlanıb.

Məlumata görə, bu gün səhər anası oğlunu işə getmək üçün çağırmaq istəyəndə onun yatdığı yerdə hərəkətsiz vəziyyətdə olduğunu görüb. Hadisə yerinə çağırılan Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcilli Tibbi Yardım Stansiyasının əməkdaşlarının müayinəsi zamanı 25 yaşlı Mövlan Vahabovun öldüyü müəyyən olunub. Mövlan Vahabovun ölümünün dəqiq səbəbi məhkəmə tibbi ekspertizanın rəyindən sonra məlum olacaq. Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.