Hadisə

Bakının sabahını ölümlə açan qadın budur - YENİLƏNİB

31 Mart 2015 18:03
12 Şərh     Baxış: 30 153
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakıda intihar edən qadının şəxsiyyəti hələlik məlum deyil.


18:03

Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, bu gün rayon ərazisində intihar edən qadının üzərində heç bir sənəd olmadığı üçün onun kimliyini müəyyən etmək hələlik mümkün olmayıb. İntihar edən qadının yaşının 30-35, boyunun 157 sm, saçlarının qara, gözlərinin şabalıdı, əynində cins şalvar və qara palto olduğu bildirilib.
 

Polisdən, həmçinin bildirilib ki, intihar edən qadınının üzərində cərrahiyə əməliyyatının izi var.

Şəkildəki şəxsi tanıyanlardan Suraxanı Rayon Polis İdarəsinin növbətçi hissəsinə 452-02-02 və 30-cu Polis Bölməsinə 457-57-02 nömrəli telefonlara zəng vurmaları xahiş edilir.
 

Qeyd edək ki, bu gün Hövsan qəsəbəsində, Elçin Məmmədov küçəsi 4 A ünvanında naməlum qadın özünü doqquzuncu mərtəbədən ataraq intihar edib.


----------
12:58


Bakıda özünü amansızlıqla öldürən xanımın hələ də şəxsiyyəti məlum deyil. Suraxanı Rayon Prokurorluğundan Milli.Az-a bildirildi ki, təxminən 17-18 yaşlarında olan qadının məktəbli olması ehtimal olunur. İntiharın baş verdiyi binanın sakinləri həmin şəxsi tanımayıblar. Ehtimal olunur ki, qadın həmin binada yaşamayıb və özünü öldürmək üçün həmin binanı seçib.

---------
10:57

Bu gün Bakı səhəri dəhşətli intihar hadisəsi ilə açıb. Saat 9:30 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində orta yaşlı qadın özünü hündürmərtəbəli binadan atıb.

Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis bölməsindən Milli.Az-a bildirildi ki, qadının kimliyi bilinmir. Hazırda prokurorluq və polis əməkdaşları hadisə yerində araşdırma aparırlar.

Gülər
Milli.Az


----------
18:03

Böyütmək üçün şəkilə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.