Hadisə

Yaralı sərnişinini qəza yerində qoyaraq qaçdı

31 Mart 2015 09:09
0 Şərh     Baxış: 1 697
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakının Binəqədi rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib, sürücü yaralı sərnişini hadisə yerində qoyaraq qaçıb.

APA-nın məlumatına görə, Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında Xırdalandan şəhər istiqamətində hərəkətdə olan "Daewoo" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil beton yol ayrıcına çırpılıb, daha sonra isə aşıb. Qəzaya uğrayan maşın yanmağa başlayıb. Yanğının qarşısı alındıqdan sonra sürücü və sərnişin avtomobildən çıxarılıblar. Xəsarət almayan sürücü hadisə yerindən qaçıb.
 
Qəza baş verən əraziyə yol polisi, təcili tibbi yardım və yanğından mühafizə xidmətinin əməkdaşları gəliblər. Xəsarət alan sərnişin xəstəxanaya çatdırılıb. Faktla əlaqədar Baş Dövlət Yol Polisi İdarəsində araşdırmalar aparılır. Hadisə yerindən qaçan sürücünün tapılması və qəzanın səbəblərinin dəqiqləşdirilməsi üçün tədbirlər görülür.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.