Hadisə

Avtomobil ağaca çırpıldı, xəsarət alanlar var

30 Mart 2015 19:43
0 Şərh     Baxış: 675
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qəbələ rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

APA-nın xəbərinə görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 70-ci kilometrliyində, Qəbələ şəhərində qeydə alınıb.

Göygöl rayonu Topalhəsənli kənd sakini, 1989-cu il təvəllüdlü Rəsulov Ruslan Surxay oğlu idarə etdiyi 25-BH-070 dövlət nömrə nişanlı "VAZ-21154" markalı minik avtomobili ilə hərəkətdə olarkən qarşısına çıxan maneə səbəbindən idarəetməni itirib. Nəticədə maşın əvvəlcə dairəvi yol ötürücüsünə və sonra kənardakı ağaca çırpılıb.

Sürücü R.Rəsulov və sərnişini, Qəbələ rayonu İmamlı kənd sakini, 1990-cı il təvəllüdlü İbrahimov Elvin Məzahir oğlu xəsarət alıblar. Onlar Qəbələ Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.