Hadisə

Azərbaycanda icra nümayəndəsi göldə batdı - YENİLƏNİB - FOTO

30 Mart 2015 17:23
0 Şərh     Baxış: 5 257
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
17:23

Ötən gün axşam saatlarında Şabran rayonun Daşlıyataq kəndində bədbəxt hadisə baş verib. Şahnəzərli kənd sakini, 29 yaşlı Ağalar Soltanov əmisinin Daşlıyataq kəndində yerləşən şəxsi təsərrüfatında dərinliyi 4 metr olan içməli su hovuzunda boğulub. İlkin ehtimala görə, Ağalar Soltanov su götürərkən ehtiyatsızlıqdan hovuza düşüb.

RTV (Region TV) xəbər verir ki, mərhumun cəsədini hovuzdan dostları çıxarıb. Meyit müayinə olunduqdan sonra aidiyyəti üzrə təhvil verilib. Mərhum Ağalar Soltanov Şabran rayon İcra Hakimiyyəti başçısının Şahnəzərli İnzibati Ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışırdı.
Faktla bağlı Şabran rayon Prokroluğunda cinayət işi açılıb, istintaq araşdırmaları davam etdirilir.


----------
11:24


RTV (Region TV) xəbər verir ki, Şabran rayonunda bədbəxt hadisə baş verib.

Şabran Rayon İcra Hakimiyyəti başçısının Şahnəzərli İnzibati Ərazi Vahidliyi üzrə nümayəndəsi, 1986-cı il təvəllüdlü Soltanov Ağalar Mürsəl oğlu göldə boğularaq ölüb. Hadisə dünən axşam, Soltanov rayonun Daşlıyataq kəndində əmisinin şəxsi təsərrüfatında olan göldə balıq  tutarkən baş verib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az

----------
17:23

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.