Hadisə

Bakıda 12 min ailə 27 saatdır qazsız qalıb

29 Mart 2015 15:01
2 Şərh     Baxış: 1 212
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Dünən saat 11 radələrindən etibarən Bakının Suraxanı rayonu ərazisində qaz kəsilib.

Virtualaz.org saytı xəbər verir ki, Suraxanı rayonunda 12 mindən artıq ailə artıq bir sutkadan çoxdur qazsız qalıb.

Suraxanı Rayon Qaz İstismar İdarəsindən virtualaz.org saytına verilən məlumata görə, qazın kəsilməsinə Qaraçuxur qəsəbəsindən keçən magistral qaz xəttində baş vermiş qəza səbəb olub. İdarədən bildirildi ki, qəzanın aradan qaldırılması üçün hazırda qeyd edilən ərazidə intensiv işlər görülür.

Problemin nə vaxt aradan qaldırılacağına gəlincə idarədən konkret heç nə demədilər. Yalnız onu əlavə etdilər ki, sakinləri günün sonunadək qazla təchiz etməyə çalışırlar.

Onu da qeyd edək ki, rayon sakinlərinin Suraxanı Rayon Qaz İstismar İdarəsinə dünəndən bəri ünvanlanan çoxsaylı şikayətlərini dinləyən yoxdur. Qəza xidmətinin 452-38-38 nömrəli telefonuna edilən zənglərə cavab verilmir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.