Hadisə

Məktəb söküldü, ilanlar evə daraşdı

29 Mart 2015 14:32
0 Şərh     Baxış: 2 799
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bərdə rayonunun Kətəlparaq kəndində məskunlaşan Yəhyayevlər ailəsi ilanların hücumuna məruz qalıb.

Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, ailənin sağlamlıq imkanı məhdud olan uşaqları həyətdə oynayarkən ilanlar peyda olub. İlan sürüsünün uşağın ətrafında dolandığını görən ailə üzvləri qonşuların köməyi ilə ilanlardan yalnız birini öldürə biliblər. Sakinlər ilanların belə  tez çıxmasının səbəbini yaxınlıqda yerləşən köhnə tikilinin sökülməsində görürlər:

"Uşaqlar heç yana çıxa bilmirlər. Əvvəllər yox idi. Burada 20 ildir yaşayırıq.  Bu məktəb binası söküləndən bəri dəfələrlə ilan görmüşük", - deyə kənd sakini Zərnigar Quliyeva bildirib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.