Hadisə

Azərbaycanda məhəbbət dramı

29 Mart 2015 13:55
3 Şərh     Baxış: 2 249
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Tovuz rayonunda 24 yaşlı oğlan özünü öldürmək istəyib. Rayon polis şöbəsindən anspress-ə verilən məlumata görə, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb.

Kənd sakini, 1991-ci il təvəllüdlü Sübhan Mahir oğlu Nağıyev çoxlu dərman içib. Onu ağır vəziyyətdə xəstəxanaya yerləşdiriblər.

Həkimlər xəstənin vəziyyətinin ağır olduğunu bildiriblər.

Qeyd edək ki, bir neçə ay bundan əvvəl Sübhan Nağıyevin həyat yoldaşı rəhmətə gedib. Deyilənlərə görə, arvadını itirəndən sonra kişi hələ də özünə gələ bilməyib.

Ehtimal olunur ki, S.Nağıyev elə bu səbəbdən özünü öldürmək istəyirmiş.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.