Hadisə

İki nəfərin öldüyü qəzanın TƏFƏRRÜATI - FOTO

29 Mart 2015 12:56
0 Şərh     Baxış: 1 431
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Dünən axşam saatlarında marşrut avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində baş verən qəzanın detalları bəlli olub.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə yaralanıb.

Məlum olub ki, qəzaya düşən minik avtomobili qaçırılıbmış.

Belə ki, martın 28-də saat 14 radələrində Bakı sakini, 1962-ci il təvəllüdlü Tofiq Gülməmmədov özünə məxsus "Mercedes" markalı 90 LB 483 nömrəli avtomobili Nizami rayonu Babək prospekti 71-in qarşısında yerləşən avtoyuma məntəqəsində orada işləyən Cəlilabad sakini, 1993-cü il təvəllüdlü Rüstəm Bədirova yumağa verib.

R.Bədirov avtomobili qaçıraraq saat 21 radələrində Babək prospektində Gürcüstan vətəndaşı, 1960-cı il təvəllüdlü Mustafa Məmmədovun idarə etdiyi "Daewoo" markalı 90 VS 438 nömrəli 49 saylı xətt avtobusu ilə toqquşub.

Nəticədə R.Bədirov xəstəxanaya aparılarkən yolda, sərnişini, Masallı sakini, 1993-cü il təvəllüdlü Mübariz Abbasov isə xəstəxanada ölüb.

Avtobus sərnişinlərindən 1939-cu il təvəllüdlü Elnarə İsmayılova, 1977-ci il təvəllüdlü Tamara Abdullayeva və 1993-cü il təvəllüdlü Aysel Hüseynova xəstəxanada yardım alıb evə buraxılıblar.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.