Hadisə

Özünü asan bərbərin vida məktubu

27 Mart 2015 10:52
0 Şərh     Baxış: 3 851
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bərbər ölümündə heç kimin günahkar olmadığını vurğulayıb
Xaçmaz şəhərində özünü öldürən bərbərin kimliyi məlum olub.

Xaçmaz rayon Polis Şöbəsinin rəis müavini Valik Vəlimətovun anspress-ə verdiyi məlumata görə, Nəriman Nərimanov 70 ünvanında yerləşən beşmərtəbəli binanın altındakı bərbərxanada işləyən 1993-cü il təvəllüdlü Elşad Mövsüm oğlu Muradov özünü asıb. O, bərbərxanada qapını bağlayıb və intihar edib.

Onun cibindən vida məktubu çıxıb. Elşad Muradov məktubunda ölümündə heç kimin günahının olmadığını bildirib. O, məktubunda dünyada ən çox sevdiyi iki nəfərdən üzr istəyib.

Məktubunda bacısı və sevdiyi xanımdan üzr istəyən Elşad Muradov onları çox istədiyini vurğulayıb. O, artıq yaşaya bilmədiyini bildirib. Bu səbəbdən ölümü seçdiyini yazıb.
Qeyd edək ki, Elşad Muradov əsəb xəstəsi olub. Son vaxtlar özünə qapanıb. Ünsiyyətdən qaçmağa çalışıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.