Hadisə

Yandırmaq üçün gətirdiyi odun partladı: yaralananlar var

27 Mart 2015 10:41
0 Şərh     Baxış: 1 525
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Tovuzda fərdi yaşayış evində partlayış baş verib
APA-nın verdiyi məlumata görə, hadisə ötən axşam rayonun Ermənistanla sərhəddə yerləşən Əlibəyli kəndində Şirinovlar ailəsinə məxsus evdə qeydə alınıb.
 
Ev sahibi, 1964-cü il təvəllüdlü Atlaz Mehvalı qızı Şirinova meşədən qış üçün tədarük edilən odunu evə gətirib. Odunun içində partlamamış güllə olub. Odun sobaya atılan zaman güclü partlayış baş verib. Nəticədə qadın müxtəlif bədən xəsarətləri alıb. Partlayış zamanı A.Şirinovanın həyat yoldaşı, 1960-cı il təvəllüdlü Vahid Tapdıq oğlu Şirinov da qəlpə yarası alıb.
 
Yaralılar dərhal Tovuz Mərkəzi rayon Xəstəxanasına çatdırılıblar. Onların vəziyyətinin orta ağır olduğu bildirilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.