Hadisə

Bayramda oğurladığı maşını vurdu

24 Mart 2015 18:09
0 Şərh     Baxış: 1 612
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Qubada oğurlanan "Mercedes" markalı avtomobil Siyəzən rayonu ərasizində tapılıb. Anspress-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, martın 21-də Bakı şəhər sakini Elvin Rəsulov Quba Rayon Polis Şöbəsinə müraciət edərək martın 20-də Çiçi kəndindən "Mercedes" markalı avtomobilinin qaçırılmasını bildirib.

Quba Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilin Sumqayıt şəhər sakini Elvin Əliyev tərəfindən qaçırılması və Şabran rayonu ərazisində idarə edilərkən yol ayırıcısına vurulması müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.