Hadisə

Benzin daşıyan maşın qəza törətdi: yaralananlar var - YENİLƏNİB - FOTO

5 Mart 2015 20:32
0 Şərh     Baxış: 1 496
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
20:32

Gəncə-Şəmkir avtomobil yolunun 2-ci km-də 2 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Kəpəz TV (Region TV) xəbər verir ki, Gəncə şəhər sakini, 44 yaşlı İlham Mürsəlovun idarə etdiyi "Howo" markalı benzin daşıyan maşınla, yüksək sürətlə hərəkətdə olan Göygöl rayonu Quşqara kənd sakini Tariyel Mustafayevin idarə etdiyi "VAZ 2106" markalı avtomobil toqquşub.

Qəza nəticəsində "Howo"nun sürücüsü xəsarət almasa da, "VAZ"ın sürücüsü Tariyel Mustafayev və həmkəndlisi olan sərnişini, 29 yaşlı Elmir İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Gəncə şəhər TTYX-na çatdırılıblar. Həkimlər yaralıların vəziyyətini orta-ağır qiymətləndirir. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

--------
18:34


Gəncə Şəmkir yolunda yol-nəqliyyat hadisəsi baş verib
Kəpəz TV (Region TV) xəbər verir ki, "VAZ 21 06" markalı avtomobillə benzin daşıyan maşın toqquşub.

Nəticədə VAZ yararsız vəziyyətə düşüb. 2 nəfər xəsarət alaraq Gəncə şəhət Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Hadisə barədə araşdırma aparılır.

Milli.Az


---------
20:24


Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.