Hadisə

Avtomobili səkiyə çırpan sürücü yaralanıb

5 Mart 2015 11:23
0 Şərh     Baxış: 931
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Yevlax şəhəri Nizami prospektində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, Yevlax şəhəri Rəsulzadə küçəsi, ev 58-də yaşayan Tahir Tağı oğlu Yusibov idarə etdiyi "VAZ 2103" markalı avtomobili yol kənarındakı səkiyə çırpıb. Bu zaman yüngül xəsarət alan sürücü Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Stansiyasına yerləşdirilib. Avtomobilə ciddi ziyan dəyib. Qəza zamanı avtomobildə olan sərnişin, Yevlax şəhəri Elbrus Məmmədov 137 ünvanında yaşayan Məhərrəm Rüstəm oğlu Bəkirov xəsarət almayıb. İlkin ehtimala görə, qəzaya sürücünün idarəetməni itirməsi səbəb olub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.