Hadisə

Qadın sürücü qəza törətdi, ağır yaralandı

5 Mart 2015 08:55
0 Şərh     Baxış: 1 648
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Sumqayıt şəhər sakini 50 yaşlı Fatimə Tağıyeva Daşkəsən rayonunun Zağalı kəndi ərazisində idarə etdiyi "Hyundai" markalı avtomobilin idarəetməsini itirərək aşırıb. Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, qəza nəticəsində müxtəlif bədən xəsarətləri alan Fatimə Tağıyeva əvvəlcə Daşkəsən Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncə şəhər TTYX-nın travmatologiya şöbəsinə gətirilib.

Yaralıya dərhal lazımı tibbi yardım göstərilib. Həkimlər onun vəziyyətini orta ağır kimi qiymətləndirirlər. Faktla bağlı araşdırmalara başlanılıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.