Hadisə

Bakıda film kimi qəza: icra başçısının qardaşı oğlu sərxoş halda 8 maşını əzdi - FOTO

3 Mart 2015 09:02
3 Şərh     Baxış: 14 365
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Hüquq mühafizə orqanlarında çalışan həmin şəxsin əzdiyi maşınlardan biri Fransa səfirliyinə məxsusdur

Fevralın 28-dən martın 1-nə keçən gecə Bakıda ağır yol qəzası baş verib. "İnfiniti-5-5" markalı, nömrə nişanının seriyası 555 olan avtomobil Bakının mərkəzində - Sahil bağının yanında 8 avtomobili əzib. Hadisə Fransanın Azərbaycandakı səfirliyinin binası qarşısında baş verib.

Avtosfer.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, gecə saat 4 radələrində səfirliyin arxa tərəfindəki bardan çıxan şəxs sərxoş vəziyyətdə olub. Lakin o, bu vəziyyətdə maşına oturaraq sürətlə arxaya hərəkət edib. Bu zaman barın mühafizəçisinə toxunan maşın səkiyə dəydiyi üçün dayanıb. Daha sonra maşını irəli sürən həmin şəxs müxtəlif markalı 8 avtomobili vurub. Son olaraq "Nissan" markalı avtomobili əzib az qala səfirliyi qoruyan polislərin postuna çırpılan avtomobili hündür səki saxlayıb. Əzilən sonuncu avtomobil Fransa səfirliyinə məxsus olub.

Hadisə şahidlərinin bildirdiyinə görə, sürücü bir dəqiqənin içində 8 avtomobili sanki qəsdən əzib. O, maşını gah irəli sürüb, gah arxaya hərəkət edərək maşınları əzə-əzə hərəkət edirmiş. Son anda avtomobilin ön tərəfi səkiyə çırpıldığı üçün qabaq təkərlər qırılıb və sürücü maşından düşüb. Bildirilir ki, həmin şəxs əvvəlcə qaçmağa çalışıb. Lakin polis əməkdaşları ayaq üstə güclə dayanan həmin şəxsi saxlayaraq bölməyə aparıblar. İlk araşdırmalar zamanı məlum olub ki, hadisəni törədən bu şəxsin özü də hüquq mühafizə orqanı əməkdaşıdır. Onun ucqar rayonlardan birinin icra başçısının qardaşı oğlu olduğu bildirilir. İdarə etdiyi avtomobil isə özünə yox, məhkəmə sistemində çalışan dostuna məxsus imiş.

Hazırda polis məsələ ilə bağlı araşdırma aparılır.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.