Hadisə

Bakıda uçan ticarət mərkəzi ilə bağlı daha bir biabırçı fakt - YENİLƏNİB - FOTO

2 Mart 2015 19:10
11 Şərh     Baxış: 28 998
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
19:10

Araşdırmalar zamanı tikilinin qanunsuz olduğu müəyyənləşib


Fövqəladə Hallar Nazirliyi (FHN) Bakının Nizami rayonunda tikilməkdə olan binanın uçması barədə yayılan məlumatlara münasibət bildirib.


Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, FHN-in ekspertləri hadisə baş verən əraziyə baxış keçiriblər. Baxış zamanı məlum olub ki, tikinti zamanı yol verilən nöqsanlar nəticəsində beton tökmək üçün quraşdırılmış taxta qəlib uçub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

-----------
17:52

Bakının Nizami rayonu ərazisində inşa olunan tikili uçub. Oxucuların Milli.Az-a verdiyi məlumata görə, hadisə 8-ci kilometr bazarının yaxınlığında yerləşən tikintidə baş verib.

Qəza binanın ikinci mərtəbəsinin tikintisi gedərkən beton tökülən zaman baş verib. Birinci mərtəbənin dirəkləri betonun ağırlığına tab gətirməyərək çöküb.

Anar Məmmədov
Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Foto: Teymur Mərdanoğlu
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.