Hadisə

Yük və minik avtomobilləri toqquşub: üç yaralı

2 Mart 2015 09:47
0 Şərh     Baxış: 910
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Kürdəmirdə 3 nəfərin xəsarəti ilə nəticələnən yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun 193-cü km-də - Kürdəmir rayonunun Çöhranlı kəndindən keçən hissəsində qeydə alınıb.
 
Atayev Vüsal Süleyman oğlunun idarə etdiyi "Mercedes" markalı minik maşını ilə Əliyev Kamal Dəmir oğlunun idarə etdiyi "Howa" markalı yük maşını toqquşub.
 
Nəticədə, minik maşınının sürücüsü V. Atayev, sərnişinləri - Atayeva İradə Muxtar qızıAbbasova Aygül Arif qızı müxtəlif xəsarətlərlə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
 
Hadisənin başvermə səbəbi araşdırılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.