Hadisə

Bakıda keçidin altında vurulan piyada öldü

2 Mart 2015 09:27
0 Şərh     Baxış: 1 400
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hadisəni törədən sürücü xəsarət alana yardım etmədən qaçıb

Gecə paytaxtın Yasamal rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Tibilisi prospektində üzü 20 Yanvar dairəsi istiqamətində baş verən qəza zamanı yolu keçmək istəyən 50-55 yaşlarında kişi naməlum avtomobil tərəfindən vurulub. Qəzadan sonra piyada vurulduğu yerdən bir neçə metr kənara düşüb və aldığı xəsarətlər nəticəsində hadsə yerində dünyasını dəyişib.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, qəza piyada keçidinin altında baş verib. Qəza zamanı naməlum avtomobil piyada keçidindən istifadə etməyən piyadanı vurub. Hadisə yerində ölən piyadaya heç bir yardım etməyən sürücü oradan uzaqlaşıb.

Qəzadan sonra hadisə yerinə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunublar. Meyit və hadisə yerinə baxış keçirilib. Hadisə yerinin yaxınlığında quraşdırılan təhlükəsizlik kameralarında görüntülər izlənəndən sonra isə piyadanı vuran sürücünün kimliyi məlum olacaq.

Polislər həmçinin qəza zamanı ölən piyadanın da kimliyini müəyyən etmək istiqamətində araşdırmalarını davam etdirirlər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.