Hadisə

Nərimanov rayonunda zəncirvari qəza

2 Mart 2015 09:16
0 Şərh     Baxış: 1 036
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qəzada "Mercedes", "Mazda" və evakuator toqquşub

Gecə Bakının Nərimanov rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, avtoqəza rayonun Ziya Bünyadov prospektində baş verib. Adıçəkilən prospektlə üzü "Koroğlu" metrostansiyası istiqamətində yüksək sürətlə hərəkətdə olan "Mercedes" və "Mazda" markalı maşınlar toqquşub. Bundan sonra isə nəqliyyat vasitələri idarəetmənin itirilməsi nəticəsinədə evakuatora çırpılıblar.

Zərbənin təsiri güclü olduğundan avtomobillərdən biri divara, digər nəqliyyat vasitəsi isə prospektin beton arakəsməsinə dəyərək oranı yararsız hala salıb.

Qəza nəticəsində xəsarət alan olmasa da hər üç avtomobil yararsız vəziyyətə düşüb. Nəqliyyat vasitələri evakuatorlar vasitəsi ilə ərazidən uzaqlaşdırılıb. Faktla bağlı Nərimanov Rayon Dövlət Yol Polisi Şöbəsində araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.