Hadisə

Bakının mərkəzində kafedə yanğın - YENİLƏNİB - FOTO

28 Fevral 2015 11:27
0 Şərh     Baxış: 1 741
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
11:27

Bu gün Bakının mərkəzində kafedə baş vermiş yanğın haqda FHN məlumat yayıb.

Məlumatda bildirilir ki, Səbail rayonunda beşmərtəbəli inzibati binanın zirzəmisində vətəndaşa məxsus, ümumi səhəsi 200 kv.m olan "ADDİO" kafesinin mətbəxində havalandırma qurğusunda 2 kv.m sahə yanıb.

Hadisə yerinə gəlmiş FHN-in yanğınsöndürənləri yanğını 09:37-də söndürüblər.

---------
10:17

Bakının mərkəzində bir çox idarələrə qulluq edən kafedə balaca qığılcım yanğına səbəb olub.

Milli.Az xəbər verir ki, Səbail rayonu İstiqlaliyyət küçəsində kafedə yanğın baş verib. Yanğının səbəbi isə bir metrlik kabeldə qısaqapanma olub.

Səhər işçilər yeməkxanaya işıq verdikdə qığılcım baş verib və kafenin "VİP" kabinetlərinin biri yanaraq kül olub. Hadisə yerinə FHN-in yanğınsöndürənləri cəlb olunublar.

Yanğın tez bir zamanda söndürülüb, xəsarət alan yoxdur.

Ceyhun Ələkbərov
Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.