Hadisə

Azərbaycanda məktəb direktoru avtomobil qəzasında dünyasını dəyişib - YENİLƏNİB - VİDEO - FOTO

28 Fevral 2015 12:32
0 Şərh     Baxış: 11 592
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
28.02.2015
12:32


Kəpəz TV (Region TV) xəbər verir ki, 52 yaşlı Ukrayna vətəndaşı Yuriy Vaiçenko idarə etdiyi TİR markalı yük maşını ilə yolu keçən piyadanı vurub. Piyada, Kəlbəcər rayon sakini Firdovsi Əhmədov hadisə yerindəcə dünyasını dəyişib. Sürücünün sözlərinə görə, hadisəyə səbəb ötmə əməliyyatını yerinə yetirən zaman piyadanın anidən nəqliyyat vasitəsinin qarşısına çıxması olub.

Yuriy Vaiçenko - sürücü: "Mənimlə eyni istiqamətdə avtobus gedirdi. Ötmə əməliyyatı yerinə yetirilən zaman qarşıma çıxdı. Mən avtobusla toqquşmamaq üçün maşını sağa çəkdim və vətəndaşı vurdum". 

------------------
27.02.2015
23:01

Bu gün axşam saat 22:00 radələrində Bakı-Qazax avtomagistralının Göygöl rayonu Hacıməlik qəsəbəsindən keçən hissəsində ağır yol-qəza hadisəsi baş verib.

Milli.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, 52 yaşlı Ukrayna vətəndaşı Yuriy Vaiçenko idarə etdiyi TIR markalı yük maşını ilə yolu keçən piyadanı vurub. Piyada, Kəlbəcər rayon sakini Firdovsi Əhmədov yerindəcə dünyasını dəyişib.

Sürücünün sözlərinə görə, hadisəyə səbəb ötmə əməliyyatını yerinə yetirən zaman piyadanın anidən nəqliyyat vasitəsinin qarşısına çıxması olub.

Qeyd edək ki, dünyasını dəyişən Firdovsi Əhmədov Kəlbəcər Rayon Təhsil Şöbəsinin nəzdində fəaliyyət göstərən məktəblərdən birinin direktoru idi.

Faktla bağlı araşdırmalar aparılır.

Milli.Az

-------------
28.02.2015
11:29

Böyütmək üçün şəkillərə klikləyin.



Videonu iləmək üçün şəklə klikləyin.
фото
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.