Hadisə

Masallıda ikimərtəbəli ev yanıb

28 Fevral 2015 19:38
0 Şərh     Baxış: 1 135
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Masallıda güclü yanğın olub.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə fevralın 28-də saat 16.00 radələrində rayonun Çaxırlı kənd sakini, 1965-ci il təvəllüdlü Əfsər Musa oğlu Bağırova məxsus fərdi yaşayış evində baş verib.

Yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Masallı Rayon Yanğından Muhafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi səfərbər olunub. Onların səyi nəticəsində yanğının əhatə dairəsinin genişlənməsinin qarşısı alınıb.

Hadisə zamanı xəsarət alan olmasa da, ümümi sahəsi 154 kv.m olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində 3 otağın 75 kv.m ərazisi içindəki məişət əşyaları ilə birlikdə yanaraq yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.