Hadisə

Bakıda satıcı qızlar müdiri döydülər

1 Fevral 2015 15:37
0 Şərh     Baxış: 10 166
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türk müdir polisə şikayət etdi

Bakıda mağaza sahibi satıcılarından polisə şikayət edib.

Milli.Az-ın lent.az-a istinadən verdiyi məlumata görə, ərizə ilə 9-cu Polis Bölməsinə müraciət edən Türkiyə Respublikası vətəndaşı, 1983-cü il təvəllüdlü Göküş Neslihan Yaşar qızı bildirib ki, sahibi olduğu mağazanın satıcıları ona qarşı xuliqanlıq ediblər.

Şikayətçi qeyd edib ki, Rəsulzadə küçəsi 5 ünvanında yerləşən "Bambi" ayaqqabı mağazasının müdiridir. Bir neçə gün əvvəl mağazada onunla satıcıları - 1992-ci il təvəllüdlü Teymurova Mətanət Ədalət qızı və 1991-ci il təvəllüdlü Əhmədova Nigar Vidadi qızı arasında narazılıq yaranıb.

Bu zaman hər iki satıcı mağaza müdirini döyüblər. Şikayətçinin sözlərinə görə, satıcılar piştaxtaları sındıraraq ayaqqabıları yerə dağıdıblar.

N.Göküşün polisə müraciətindən sonra qarşı tərəf də bölməyə ərizə yazaraq oxşar məzmunlu şikayət ediblər.

Hər iki müraciət əsasında zəruri araşdırmalar aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.