Hadisə

İtkin qız tapıldı

1 Fevral 2015 14:00
0 Şərh     Baxış: 2 774
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

25 yaşlı qız Zərdabda tapılaraq ailəsinə təhvil verilib

Yanvarın 12-də Bakıda itkin düşən qız tapılıb.

Milli.Az-ın lent.az-a istinadən verdiyi məlumata görə, E.Əzizov küçəsində qeydiyyatda olmaqla yaşayan 1990-cı il təvəllüdlü Şirbalayeva Zərif Rizvan qızının (ad və soyad şərtidir) Zərdab rayonunda olması müəyyən edilib.

O, Zərdab şəhəri Heydər Əliyev prospekti 12 ünvanında - qohumunun evində tapılaraq ailəsinə təhvil verilib.

25 yaşlı qızın hansı səbəbdən qohumunun evinə qaçması məlum deyil.

Araşdırmalar davam etdirilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.