Hadisə

Bakıda sevgilisi ilə dalaşan xanım zəhər içdi

1 Fevral 2015 13:50
0 Şərh     Baxış: 2 910
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

28 yaşlı qadın gecə saat 04 radələrində 3 saylı təcili tibbi yardım stansiyasına gətirilib

Bakıda 28 yaşlı qadın intihara cəhd edib.

Milli.Az-ın lent.az-a istinadən verdiyi məlumata görə, Əhəd Yaqubov küçəsində yaşayan 1987-ci il təvəllüdlü Məmmədova Fidan Firudin qızı (bütün ad və soyadlar şərtidir) qeyri-rəsmi nikah münasibətində olduğu 1989-cu il təvəllüdlü Əliyev Toğrul Vasif oğlu ilə dalaşdıqdan sonra zəhərli məhlul içib.

28 yaşlı qadın gecə saat 04 radələrində 3 saylı təcili tibbi yardım stansiyasına gətirilib. Lakin həkimlərin israrına baxmayaraq o, müayinə olunmaqdan və xəstəxanaya getməkdən imtina edib.

İntihara cəhd edən F.Məmmədova ilkin tibbi yardım göstərildikdən sonra təcili yardım stansiyasından uzaqlaşıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.