Hadisə

74 yaşlı qadının müəmmalı ölümü - YENİLƏNİB - FOTO

1 Fevral 2015 14:08
0 Şərh     Baxış: 3 270
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Güllü Əliyeva yatağında ölü tapıldı


14:08


Bərdənin Qəhrəmanlar kəndində səhər saatlarında yanğın baş verib. Anspress-in verdiyi məlumata görə, yanğın xəbərini alan FHN-nin Bərdə yanğından mühafizə hissəsinin əməkdaşları dərhal hadisə yerinə yollanıblar.


Otaqda çarpayının üzərində baş verən yanğın söndürülüb. Daha sonra digər otaqdakı çarpayıda ev sahibi 74 yaşlı Güllü Əliyevanın meyiti aşkar edilib.

Kənd icra nümayəndəsi Məhərrəm Cəlilov qadının tək yaşadığını deyir: "Bir qızı var, o da Sumqayıt şəhərində yaşayır. Mən gələndə ev tüstülənirdi".

Hadisə yerinə Bərdə rayon prokurorluğunun və polis şöbəsinin əməkdaşları gəliblər. FHN-nin Bərdə yanğından mühafizə hissəsindən əldə etdiyimiz məlumata görə, evdəki elektrik naqilləri və qaz xətti normal vəziyyətdədir. Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.

Hələlik ağbirçəyin tüstüdən və ya hansısa kənar müdaxilədən dünyasını dəyişməsi məlum deyil. Meyit müayinə olunmaq üçün Məhkəmə tibbi ekspertiza və potoloji anatomiya birliyinin Bərdə rayon şöbəsinə aparılıb. Ölümün hansı səbəbdən baş verdiyi də araşdırmalardan sonra məlum olacaq.

----------
10:35

Evdəki yanğın söndürüldükdən sonra 64 yaşlı qadının meyiti tapılıb


Bərdə rayonunda dəhşətli hadisə baş verib.

Anspress-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Qəhrəmanlı kəndində (rayon mərkəzindən 12 km aralı) 1941-ci il təvəllüdlü Əliyeva Güllü Əyyub qızına məxsus ümumi sahəsi 72 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin 1 otağında çarpayı və yataq dəsti yanıb.

Yanğınsöndürənlər tərəfindən yanğın yerinin kəşfiyyatı zamanı G.Əliyevanın cəsədi aşkar olunub.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:41-də söndürülüb.

Faktla bağlı araşdırmalar aparılır.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.