Hadisə

Şabranda qəza: yaralılar var - FOTO

31 Yanvar 2015 16:02
0 Şərh     Baxış: 2 103
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az Regional TV-yə (Region TV) istinadən xəbər verir ki, bu gün günorta saatlarında Şabran rayonunda yol nəqliyyat hadisəsi baş verib. Hadisə Şabran-Ərəblər yolunun 1-ci km-liyində qeydə alınıb.

Abbasov Ceyhun Cəfər oğlunun idarə etdiyi 90 EC 102 dövlət nömrə nişanlı "Mercedes" markalı maşınla Nadirşah Ağayevin idarə etdiyi 21 BD 091 dövlət qeydiyyatlı "Niva" markalı minik maşını toqquşub. Qəzadan sonra "Niva" deformasiyaya uğrayıb, sürücü maşında sıxılmış vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin yardımı ilə sürücü maşından çıxarılıb. Hər iki maşının sürücüsü müxtəlif bədən xəsarətləri ilə Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Şabran MRX-dan verilən məlumata görə, xəsarət alan şəxslərin vəziyyəti orta-ağırdır. Şabran Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi Söhbət Talıbovun sözlərinə görə, hadisəyə səbəb "Mercedes"in "Niva"nın yoluna çıxması olub.

Faktla bağlı Şabran Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.