Hadisə

Bakıda mənzildə partlayış olub, xəsarət alan var - YENİLƏNİB - FOTO

30 Yanvar 2015 22:42
0 Şərh     Baxış: 2 457
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
22:42

Milli.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakının Nəsimi rayonunda birmərtəbəli çoxmənzilli kommunal tipli yaşayış binasında məişət qazının sızması nəticəsində partlayış hadisəsi baş verib.

Yanğın hadisəsi olmayıb. Partlayış nəticəsində vətandaşlara məxsus beş mənzilin qapı və pəncərələri çərçivədən çıxmış, arakəsmə divarları uçub. Hadisə zamanı 1 nəfər yüngül yanıq xəsarəti alıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

---------
22:02

Bakının Nəsimi rayonu, 28 may küçəsi 69-da mənzildə partlayış baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub.

Mənzildə yaşayanlar evakuasiya edilib. Kənar şəxslərin daxil olması qadağan edilib. "Azəriqaz"-ın əməkdaşları qaz təchizatını dayandırıblar.

Sakinlərin sözlərinə görə, hadisə mənzillərin birində qaz sızması nəticəsində baş verib. Ilkin məlumata əsasən, bir nəfər yüngül xəsarət alıb.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.




Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.