Hadisə

Qəsd, yoxsa qədər: mağazası yanan kişini bir də avtomobil vurdu - YENİLƏNİB - VİDEO

30 Yanvar 2015 13:08
0 Şərh     Baxış: 2 615
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
09:34

Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Kərgələn kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 29 yaşlı Rahim  İbadov idarə etdiyi minik avtomobili ilə həmkəndlisi, 48 yaşlı Kamil Rzayevi vuraraq, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Yaralı dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. İlkin müayinə zamanı Kamil Rzayevə qapallı kəllə-beyin travması, sağ baldır sümüklərinin  orta üçdə bir hissəsinin yer dəyişmiş çoxqəlpəli açıq sınıqları, sağ qolunun və bel nahiyəsinin  əzilməsi diaqnozu qoyularaq əməliyyat olunub.  Hazırda yaralının vəziyyəti orta-stabil qiymətləndirilir.
 
Lakin yaralı və qardaşı Qəhrəman Rzayev qəzanın qəsdən törədildiyini iddia ediblər. Onların  qənaətincə, Kamil öz maşınına oturarkən Rahim İbadov avtomobili bilərəkdən onun üzərinə sürərək ölümcül hala salıb.
 
Lənkəran Şəhər-Rayon Polis Şöbəsindən verilən məlumata görə, artıq hadisəni törətməkdə şübhəli bilinən Rahim İbadovun ilkin ifadəsi alınıb. Onun hadisəni bilərəkdən və  ya ehtiyatsızlıqdan törətdiyi araşdırılır.
 
Qeyd edək ki, 10 gün öncə, yanvarın 20-də Kamil Rzayevin Kərgəlan kəndində yerləşən avtomobil ehtiyat hissələri mağazasında yanğın baş verib. Yanğın nəticəsində ümumi sahəsi 120 kv.m olan bir-birinə bitişik iki mağazadan biri tamamilə yanıb, digərinin isə tavan hissəsi qismən yanaraq yararsız vəziyyətə düşüb. Sonradan mağaza sahibi yanğının qəsdən törədildiyini və ona 30 min manat dəyərində maddi ziyanın dəydiyini iddia etmişdi.

Milli.Az

-----------
13:08

Videonu izləmək üçün şəklə klikləyin.


фото
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.