Hadisə

Azərbaycanda ağır qəzada ölən və yaralananların adları açıqlandı - YENİLƏNİB - FOTO

30 Yanvar 2015 12:01
0 Şərh     Baxış: 3 696
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
12:01

Gəncə şəhər TTYX-nin Travmatologiya şöbəsinin həkimi Şahin Quliyev Kəpəz TV-yə (Region TV) bildirib: "Qəza nəticəsində Tovuz rayon sakini 1967-ci il təvəllüdlü Quliyeva Zabitə Salman qızı gətirilib. Avtoqəza nəticəsində xəsarət alıb. İlkin müayinə zamanı xəstənin sol təpə nahiyəsində çapılmış yaralar, sol bazu sümüyünün sınığı diaqnozu qoyulub. Zərərçəkmişin sınıq yerlərinə gips qoyulub və hazırda şöbəyə yerləşdirilib".

---------
10:55

Gəncə-Şəmkir avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölənlərin və xəsarət alanların şəxsiyyətləri açıqlanıb.

APA-nın verdiyi məlumata görə, Gəncə şəhər sakini, 1988-ci il təvəllüdlü Mahir Hüseynağa oğlu Cəfərovun idarə etdiyi "Mercedes" markalı avtomobilin aşması nəticəsində avtomobildə olan sərnişinlər, Tovuz rayon Bayramlı kənd sakini, 1936-cı il təvəllüdlü Ofeliya Cəbrayıl qızı Məmmədova və 1982-ci il təvəllüdlü, Balacayev Elşad Məhəmməd oğlu hadisə yerində dünyasını dəyişib.

Sürücü M. Cəfərov və digər sərnişin - Tovuz rayon sakini, 1967-ci il təvəllüdlü Zabitə Səbuhi qızı Quliyeva ağır bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətlərinin ağır olduğu bildirilir.

Qeyd edək ki, yanvarın 29-da saat 22 radələrində yolun Göygöl rayonu ərazisindən keçən hissəsində qəza qeydə alınıb. Gəncə şəhər sakini, 1988-ci il təvəllüdlü Mahir Hüseynağa oğlu Cəfərov idarə etdiyi "Mercedes" markalı avtomobillə yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib.

Maşın yolun kənarında olan ağaca dəyərək aşıb.
 
Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırma aparılır.

---------
09:03

Göygöldə "Mercedes" aşdı, 2 nəfər öldü, 2 nəfər yaralandı.

Milli.Az Kəpəz TV-yə (Region TV)  istinadən bildirir ki, Gəncə-Şəmkir avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində 2 nəfərin ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

Şəmkirdən Gəncə istiqamətinə yüksək sürətlə idarə olunan "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yoldan çıxıb və ağaca çırpılıb. Qəza nəticəsində 2 nəfər elə hadisə yerindəcə dünyasını dəyişib, 2 nəfər isə Gəncədə və Şəmkirdə yerləşən xəstəxanalara yerləşdirilib.

Hazırda Göygöl Rayon Polsi Şöbəsinin əməkdaşları hadisənin başvermə səbəblərini və ölənlərin, eləcə də yaralıların adlarını dəqiqiləşdirir.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

----------
12:01



----------
09:03

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.