Hadisə

Ziya Məmmədovun "qoçu"ları bunu da etdi: döydükləri sürücü özünü yandırdı - YENİLƏNİB - VİDEO

28 Yanvar 2015 20:52
12 Şərh     Baxış: 13 281
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

18:59

Bakıda intihara cəhd hadisəsi baş verib.


Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə "20 Yanvar" dairəsinin yaxınlığında qeydə alınıb.
 

Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Arzuman Həzərxan oğlu Hümbətov üzərinə benzin tökərək özünü yandırıb. O, yanıq xəsarətləri ilə Yanıq Mərkəzinə yerləşdirilib.
 

Yanıq Mərkəzindən APA-ya verilən məlumata görə, A.Hümbətov üçüncü dərəcəli yanıq xəsarətləri alıb. Hazırda vəziyyəti ağırdır.


----------
18:01

Bakıda Nəqliyyat Nazirliyinin işçilərinin insanlığa sığmayan hərəkəti dəhşətli sonluqla bitib. Bu gün saat 17 radələrində Nəqliyyat Nazirliyinin işçiləri metronun "20 yanvar" stansiyasının yaxınlığında avtobus sürücüsünü amansızlıqla döyüblər. Əsəbləşən sürücü isə üzərinə benzin tökərək özünə od vurub.

Hadisə şahidləri Milli.Az-a gördüklərini belə nəql etdilər: "Təxminən 35 yaşında olan oğlan mikroavtobusla Sumqayıta adambaşı 50 qəpikdən adam toplayırdı. Biri mülki, digəri isə formada olan nəqliyyatçılar onun üstünə gələndə, sürücü avtobusa minib qaçmaq istədi. Lakin onlar sürücünü tutaraq yerə yıxıb təpiklədilər. Qan içərisində olan sürücü isə özünə od vurdu. Nəqliyyat Nazirliyinin işçiləri yanğın əleyhinə olan balonla onu söndürdülər, sonra isə qaçdılar".

Təcili yardım maşını ilə yaralı xəstəxanaya aparıldı. Bundan sonar insanlar toplaşaraq etiraz etdilər. Hətta nəqliyyat naziri Ziya Məmmədovun da hadisə yerinə gəlməsini tələb etdilər.

Anar Məmmədov
Milli.Az


----------
20:52

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.