Hadisə

Bakıda sonsuzluğun tükürpədici sonu: atalıq hissinin alovuna kül oldu

28 Yanvar 2015 12:30
2 Şərh     Baxış: 4 372
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ailədə övlad izdivacda olanların ruhu, çox hallarda isə yaşam stimuludur. Övladın olmaması isə qəm və kədərlə bahəm, həyatdan küskünlük də yarada bilər. Milli.Az xəbər verir ki, Bakıda ötən gün ata olmaq arzusu cavan bir kişini yandırıb.

Nizami rayonu, Keşlə qəsəbəsində yaşayan 36 yaşlı İlham Məmmədov uzun müddət övladının olmamasına görə özünə qəsd edib. O, yaşadığı evin həyətində üzərinə ağ neft tökərək yandırıb. Çətinliklə söndürülən İ.Məmmədov xəstəxanaya çatdırılıb.

Nizami Rayon Prokurorluğundan Milli.Az-a bildirildi ki, İ.Məmmədovun bədəninin 65 faizi yanıb. Vəziyyəti ağır olduğundan dindirmək olmayıb.

Anar Məmmədov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.