Hadisə

Bakı metrosunda həyəcanlı anlar

28 Yanvar 2015 09:39
2 Şərh     Baxış: 2 637
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Metroda baş verən növbəti nasazlıq qatarların gecikməsinə səbəb olub.

Bu gün səhər saat 08:26-da metronun "Həzi Aslanov" - "Dərnəgül" xətti istiqamətində hərəkət edən 38 saylı marşrutda nasazlıq yaranıb.

"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev APA-ya bildirib ki, nəticədə qatar təxminən 10 dəqiqə gecikib.
 
N. Paşayevin sözlərinə görə, metronun "Nizami" - "Elmlər Akademiyası" stansiyaları arasında hərəkət edən qatarda nasazlıq meydana gəlib: "Sərnişinlər düşürdülüb və qatar depoya göndərilib. Buna görə də interval pozulub və digər qatarlarda da gecikmə yaranıb".
 
N. Paşayev qeyd edib ki, həmin istiqamətdə xəttə əlavə qatar buraxılıb və yaxın vaxtlarda interval bərpa olunacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.