Hadisə

Bakıda ağır qəza: 4 yaralı

27 Yanvar 2015 09:12
0 Şərh     Baxış: 812
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Qəza zamanı 3 minik avtomobilinə və avtobusa ziyan dəyib

Gecə Xarici Dairəvi yolun Bakının Yasamal rayonu ərazisindən keçən hissəsində 4 nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari yol nəqliyyat hadisəsi baş verib.

Milli.Az anspress-ə istinadən bildirir ki, Orxan Tağızadə idarə etdiyi "Toyota" markalı avtomobillə Lökbatan dairəsindən şəhərin mərkəzi istiqamətində yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil magistral yoldakı arakəsməyə çırpılıb və daha sonra hərəkətdə olan "VAZ-2107" markalı digər nəqliyyat vasitəsinin üstünə aşıb.

Baş verən yol qəzasının fəsadları bununla da bitməyib. "TOYOTA" markalı avtomaşının akkumulyatoru avtomaşından çıxaraq yol kənarında dayanan "Ford" markalı sərnişin avtobusuna çırpılıb.

Qəza nəticəsində sürücü Orxan Tağızadə və onun avtomobilində olan 3 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə 1 saylı xəstəxanaya çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, yaralılardan birinin vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatlarını isə Yasamal polisi araşdırır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.