Hadisə

​Bakıda avtobus qəza törətdi, yaralanan var - FOTO

26 Yanvar 2015 15:45
0 Şərh     Baxış: 2 344
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qəza hər iki nəqliyyat vasitəsinin "Komsomol" dairəsinə daxil olması zamanı baş verib

Bakıda sərnişin daşıyan marşrut avtobusu qəza törədib.

"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonunda, keçmiş "Komsomol" dairəsində baş verib.

Belə ki, 49 saylı marşrut avtobusu ilə "Mercedes" markalı minik avtomobili toqquşub. "Mercedes"in sürücüsü xəsarət alıb. Hadisə zamanı avtobusda sərnişinlər olsa da, onlar xəsarət almayıblar.

Qəza hər iki nəqliyyat vasitəsinin "Komsomol" dairəsinə daxil olması zamanı baş verib. Belə ki, sürücülər bir-birinə yol verməyiblər.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.