Hadisə

Bakıda yük maşını ilə mikroavtobus toqquşub, altı nəfər xəsarət alıb

26 Yanvar 2015 11:03
0 Şərh     Baxış: 752
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda ağır yol qəzası baş verib

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yol qəzası Salyan şossesi 32 ünvanında qeydə alınıb.

Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Kəmaləddin Valeh oğlu Kərimovun idarə etdiyi "Mercedes" markalı mikroavtobusla 1965-ci il təvəllüdlü Məmmədov Eldar Natiq oğlunun idarə etdiyi 99 HL 831 dövlət nömrə nişanlı "Shacman" markalı yük avtomobili toqquşub.

Qəza nəticəsində mikroavtobusda olan sərnişinlər - 1992-ci il təvəllüdlü Aydın Rəhim oğlu Hacıyev, 1956-cı il təvəllüdlü Tofiq Məhərrəm oğlu Hacıyev, 1988-ci il təvəllüdlü Sənan Rafiq oğlu Əliyev, 1984-cü il təvəllüdlü Qəhrəman Əsgərov, 1952-ci il təvəllüdlü Fərman Mehdi oğlu Kərimov və Türkiyə vətəndaşı, 1981-ci il təvəllüdlü Oyanuş Hayv Mahmud oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.